İsraildə 3-cü doza vaksin vurulacaq

  • 2021.07.30 10:37
  • 1164 Baxış
İsraildə 3-cü doza vaksin vurulacaq

İsrailin Baş naziri Naftali Bennett ölkədə 60 yaşdan yuxarı insanlara ABŞ istehsalı olan “Pfizer” peyvəndinin 3-cü dozası vurulması ilə bağlı kampaniya başladığını elan edib.

Medicina.az -ın məlumatına görə, Bennett qeyd edib ki, artıq İsrail Səhiyyə Nazirliyinin ekspert heyəti 3-cü dozanın vurulması ilə bağlı proqramı rəsmən təsdiqləyib: “Üçüncü dozanın vurulması üçün milli kampaniyaya başladıq. İlk olaraq prezident Yizhak Herzoq 3-cü dozanı qəbul edəcək".

Baş nazir üçüncü dozanın vurulması prosesinin, nəticələrinin mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılacağını da bildirib.