Komada olan əsgərimiz həyata qayıtdı

  • 2020.12.04 16:51
  • 4558 Baxış
Komada olan əsgərimiz həyata qayıtdı

SOCAR-ın “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun əməkdaşı, qazi Ramiz Qasımov hazırda müalicə olunan 1245 yaralı hərbçimizdən biridir.

Medicina.az xəbər verir ki, Ramiz Qubadlı uğrunda gedən döyüşlərin birində yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxararkən, düşmənin mövqelərimizə atdığı minamyot mərmisinin partlaması nəticəsində özü də ağır yaralanıb.

Bir neçə gün komada qalan R.Qasımov həkimlərin səyi nəticəsində həyata qayıdıb. Sağ qalması üçün bir ayağı amputasiya olunub.

Bildirilib ki, bundan sarsılmayan R.Qasımov “Torpaq, uğrunda ölən varsa, Vətən olur” - deyir.