Koronavirus pandemiyadan öncə ABŞ-da hazırlanıb

  • 08 Okt 2021 13:48
  • 358 Baxış
Koronavirus pandemiyadan öncə ABŞ-da hazırlanıb

ABŞ və Çindən olan alimlər COVID-19 pandemiyasından əvvəl də yeni koronaviruslar hazırlayıblar.

Uhan Virusologiya İnstitutu və Şimali Karolina Universitetinin alimlərindən ibarət beynəlxalq tədqiqatçılar qrupu oxşar koronavirusların genom parçalarını çarpazlaşdıraraq tamamilə yeni viruslar yetişdirməyi planlaşdırıblar.

“Bu, heç nə ilə 100 faiz eyni olmayacaq yeni bir ardıcıllığa sahib virus olardı”, - deyə mütəxəssislərdən biri bildirib.

Sözügedən layihəyə 2018-ci ildə qrant üçün müraciətlər təsdiqlənməyib.