Koronavirus vaksini təsdiqlənərsə, Azərbaycan birinci alacaq

  • 2020.10.16 15:15
  • 1817 Baxış
Koronavirus vaksini təsdiqlənərsə, Azərbaycan birinci alacaq

Azərbaycanın hazırda dünyada ilk olaraq yalnız Rusiyada təsdiqlənən Vektor vaksinini əldə etməsi barədə dəqiq qərar yoxdur.

Medicina.az xəbər verir ki, bu günkü brifinqdə TƏBİB rəsmisi Yaqut Qarayeva hansı halda koronavirusa qarşı vaksini alacaqlarını açıqlayıb.

“Əgər Rusiyanın vaksini ÜST tərəfindən rəsmi təsdiqlənərsə, biz onu əldə edə bilərik. İndi hansı vaksinin tətbiq ediləcəyi barədə danışmaq tezdir. Bəzi vaksinlər iki mərhələdə sınaqdan keçsə də, üçüncüdə müəyyən fəsadları üzə çıxır.
Hazırda bütün mərhələləri uğurla keçmiş vaksin yaradılmayıb.


Əgər belə bir vaksin olarsa, Azərbaycan onu əldə edəcək birinci ölkələrdən olacaq.

Bizim üçün vacib deyil, vaksin Rusiya istehsalı olacaq, ya başqa bir ölkə. Əsas şərt keyfiyyətli və təhlükəsiz olmasıdır”