Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa yoluxanların sayı 441 mindən çox artdı

  • 2020.11.28 00:24
  • 1358 Baxış
Koronavirusa yoluxanların sayı 441 mindən çox artdı

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 441 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.


Məlumata əsasən, ötən sutka ərzində 441 157 nəfər yeni koronavirusa yoluxub, 9 310 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 60 534 526, ölənlərin isə 1 426 101 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.