Koronavirusa yoluxmuş şəxs hansı analizləri verilməlidir?– Ən vaciblər

  • 2020.10.27 15:27
  • 18759 Baxış
Koronavirusa yoluxmuş şəxs hansı analizləri verilməlidir? – Ən vaciblər

Koronavirus təsdiqlənmiş şəxs elə həmin gün vaxt itirmədən orqanizmin durumunu və düzgün müalicənin seçilməsi üçün bəzi müayinə və analizlərdən keçməlidir.

Həkimlər bəzi analizlərin vacib olduğunu vurğulayır.

Medicina.az bu siyahını təqdim edir:

1- Ağciyərlərin rentgeni
2- Ürəyin EKQ və EXQ
3- Qanın ümumi analizi
4- Sidik analizi
5- Koaloqramma – qanın laxtalanma analizi
6- D – Dimmer – tromb əmələ gəlmə analizi
7- Ferritin analizi
8- Qanda qlükoza, şəkər

Bu analizlər ürəyin, damarların, qanın vəziyyətini göstərir və həkimə xəstənin vəziyyəti barədə informasiya verir.

Məlumdur ki, koronavirus daha çox qanda laxtalanmanı sürətləndirib, trombozlar yaradır.

Ona görə qanda laxtalanması güclü olan insanlara antikoaqulyantlar təyin edilir.


Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.