Koronavirusun mutasiyalaşması davam edəcək - Yaqut Qarayeva

  • 2021.12.28 18:04
  • 1503 Baxış
Koronavirusun mutasiyalaşması davam edəcək  - Yaqut Qarayeva


“Mutasiyalar viruslara xasdır. Bu proses davamlı olacaq. Bunun dayanması mümkün deyil”.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bəzən bir insan iki fərqli ştamla yoluxarsa, onun orqanizmində bu ştamların göstəriciləri olacaq: “Həmin ştamların insan orqanizmində özlərini necə aparacağını tədqiqatlar göstərəcək”.