“Mikrobların antibiotiklərə qarşı dözümlülüyünin artması bizim üçün təhlükədir” - ÜST narahatdır

  • 2021.06.10 15:19
  • 1560 Baxış
“Mikrobların antibiotiklərə qarşı dözümlülüyünin artması bizim üçün təhlükədir” -  ÜST  narahatdır
2020-ci ildə mikrob və bakteriyaların antibiotiklərə qarşı dözümlülüyü ilə bağlı 3 milyon hal aşkarlanıb.

Medicina.az xəbər verir ki, ÜST xəstəlik törədən,xüsusilə xəstəlik daxili mikrobların dərmanlara qarşı rezisdentliyindən narahatlığını ifadə edib.

Qeyd olunub ki,ÜST-ə daxil ölkələrin səhiyyə qurumları GLASS qlobal sisteminə bu il rekord sayda- 3 milyon yoluxma barədə məlumat ötürüb.

Bunlar koli infeksiya, qızılı stafilakokk və pnevmokokklardır.

Eschticia coli adlı infeksiya üçüncü nəsil antibiotiklərə qarşı belə dözümlü çıxıb.

“Bu hal daha çox az inkişaf etmiş və kasıb dövlətlərdə rast gəlinir. Onların müasir antibiotikləri əldə etməsində məhdudiyyətlər var. Bu da infeksiyaların yayılmasına səbəb olur” – deyə təşkilat bildirib.

Dünyada mikrobəleyhinə yeni effektiv dərmanların hazırlanması işləri çox ləng gedir və hazırda klinik tədqiqatda olan 43 antibiotikdən heç birinin bu problemi həll etməyəcəyi məlumdur.