Min bir dərdin dərmanı - Jasmin çayının faydaları - VİDEO

  • 2020.07.21 21:23
  • 11475 Baxış

Jasmin çayı dünyada ən çox seçilən çaylar arasındadır. Bu çay adətən tək hazırlana və ya yaşıl çay ilə birlikdə istifadə edilə bilər. Jasmin ağ və ya sarı rəngli, 2,3 ləçəyi olan çiçəklər açır. Asiyanın tropik bölgələrində təbii olaraq yetişən bu bitki özünəməxsus qoxusuyla məşhurdur.

Medicina.az xəbər verir ki, Hindistanın bir çox bölgəsində (gül və digər çiçəklərlə birlikdə) bağçalarda və saxsı qablarda bəzək bitkisi olaraq yetişdirilən jasmin qadınlarda saç
bəzəyi olaraq və ibadət üçün istifadə edilir. Evlilik mərasimləri, festivallar və dini mərasim rituallarında tez-tez istifadə edilir və bu mərasimlər üçün satışa çıxarılır.

Faydalı xüsusiyyətləri:

-Enerjini artırır

-İmmunitet sistemini gücləndirır

-Yağ yandırmaq üçün istifadə edilır

-Konsentrasiyanı artırır

-Stressi azaldır

-Ürək xəstəliklərindən qorunmaq üçün istifadə edilir

-Xolesterolu salmağa köməkçi olur

-Əzələ ağrılarını yüngülləşdirir

-Soyuq dəymədə yaxşı təsir göstərir

-Şəkər xəstəliyinin müalicəsinə köməkçi olur

-Allergiya əlamətlərini yüngülləşdirir

-Oynaq ağrılarını azaldır

-Bel və kürək ağrısına qarşı istifadə edilir

-Antioksidantdır

-Depressiya əlamətlərini azaldır

-Ağız qoxusunu dəf edir

-Qan təzyiqini salır

Jasmin çayı necə hazırlanır?

3-4 stəkan jasmin çayı hazırlamaq üçün bir dəmlik qaynamış suya 1 xörək qaşığı jasmin atın. 5 dəqiqə qədər dəmlənməsini gözlədikdən sonra içə bilərsiniz.Əgər 5 dəqiqədən uzun dəmləsəniz çayın dadı bir az acı ola bilər. Jasminin şirin
qoxusu əlavə bir dadlandırıcı tələb etmir, ancaq daha şirin olmasını istəsəniz bal istifadə edə bilərsiniz. Jasmin çayı ümumiyyətlə yaşıl çay yarpaqları ilə qarışdırılaraq istifadə edilir.

Qeyd edək ki, jasmin çayında aşağı miqdarda kafenin vardır.
Xüsusilə yaşıl çay ilə qarışdırıldığında kafenin qəbulunu idarə altında tutması lazım olan kəslərdə (hamiləlik, əmizdirmə dövrü)əks təsirlərə yol aça bilir.