Qanda ALT analizi nədir? - Qaraciyərin güzgüsü

  • 2019.09.25 17:56
  • 46223 Baxış
Qanda ALT analizi nədir? -  Qaraciyərin güzgüsü

ALT,  yəni alanin aminotransferaza analizi qaraciyərin zədələnməsini yoxlamaq üçün aparılan bir analizdir. Qaraciyərin müxtəlif mənşəli zədələnmələri zamanı – dərman maddələri, alkoqol, virus hepatitləri və s. təyin olunur.


Qaraciyərimiz çox vacib funksiyalar yerinə yetirir:



  • qəbul etdiyimiz qidaların həzmi üçün öd sintez edir

  • qandan bütün toksinləri və artıq maddləri təmizləyir

  • fermentlər və xolesterol sintez edir


Hepatit və sirroz kimi xəstəlikləri qaraciyəri zədələyərək bu həyatı vacib funksiyaları yerinə yetirməyə qoymur.


Medicina.az xəbər verir ki, ALT ən çox qaraciyərdə olur, az miqdarda böyrəkdə və digər orqanlarda da rast gəlinir. Orqanizmimiz ALT-dən qida maddələrini enerjiyə çevirmək üçün istifadə edir.  Normada ALT səviyyəsi qanda aşağı olur. Əgər qaraciyər zədələnmişsə o daha çox ALT sintez edir, nəticədə  qanda da miqdarı yüksəlmiş olur.


ALT ilə birgə digər qaraciyər sınaqları AST, QQT, ALP, Albumin, Bilirubin aparılır.


ALT analizi nə vaxt  təyin olunur:


Hepatit viruslarına yoluxma zamanı

Çoxlu alkoqol qəbulu zamanı

Əgər ailə anamnezində qaraciyər xəstəliyi varsa

Qaraciyəri zədələyən dərman qəbul edilmişsə

Həmçinin illik profilaktik çek-ap müayinələrinə ALT daxil edilir.


P.S. ALT-nin rast gələ biləcəyiniz köhnə adı serum glutamik-piruvik transaminaza (SGPT)dir.