Öpüşmə səhnəsinə görə anam xəstəxanalıq oldu - Aktrisadan etiraf

  • 2026.05.15 20:05
  • 237 Baxış
Öpüşmə səhnəsinə görə anam xəstəxanalıq oldu -  Aktrisadan etiraf

Türkiyəli aktrisa Songül Ödən illər sonra "Gümüş" serialındakı öpüşmə səhnələri ilə bağlı təəccüblü açıqlamalar verib. Aktrisa anasının təzyiqinin səhnələrə görə yüksəldiyini və bir neçə dəfə xəstəxanaya yatdığını deyib.

Medicina.az xəbər verir ki, Kıvanç Tatlıtuğla birlikdə baş rolu paylaşdığı "Gümüş" serialı ilə geniş auditoriyaya çatan Songül Ödən illər sonra serialdakı öpüşmə səhnələri ilə bağlı təəccüblü açıqlamalar verib.

Armağan Çağlayanın verilişində qonaq olan Songül Ödən, aktyorluq karyerasının ilk illərində ailəsinin üzləşdiyi çətinliklərdən danışıb. Məzun olduqdan qısa müddət sonra "Gümüş" serialında rol aldığını deyən Öden, anasının onun aktyorluq karyerasını bəyənmədiyini bildirib:



"Anam mənə çox sərt davranırdı, deyirdi ki, 'Bu qız pislik yuvasına düşdü, onu itirdik'. İndi gülərək danışıram, amma o illər mənim üçün çox kədərli illər idi."

Aktrisa anasını razı salmaq üçün fərqli bir yanaşma seçdiyini izah edib:

"TRT-də xəbər aparıcısı olacağımı deyərək onu aldatdım. O, bunu daha ağıllı və müəyyən bir cədvəli olan bir iş kimi düşünürdü. Xəbərləri oxuyacağımı deyərək onu aldatdım."



Songül Ödən deyib ki, serialdakı öpüşmə səhnələri xüsusilə anasına təsir edib:

“Gümüş"dəki öpüş səhnələri zamanı anam bir neçə dəfə xəstəxanaya yerləşdirilib. Qan təzyiqi qalxıb. Deyirdi ki, “Bu necə ola bilər?”.

Məşhur aktrisa əlavə edib ki, anası indi gördüyü işlərlə fəxr edir.

Aygün
Medicina.az