Vaginal yanma qadınlar üçün həyat keyfiyyətlərinə mənfi təsir göstərən ümumi bir problemdir.
Bəs bu yanmaya nə səbəb olur və necə müalicə edilə bilər?
Medicina.az xəbər verir ko, qadınlar üçün ümumi narahatlıqlardan biri olan vaginal yanma gündəlik həyata mənfi təsir göstərə bilər. Bu narahatlıq sadə gigiyena qaydalarına əməl edilməməsindən ciddi infeksiyalara qədər müxtəlif səbəblərdən yarana bilər.
Vaginada yanma hissi adətən infeksiya, qıcıqlanma və ya hormonal dəyişikliklərdən qaynaqlanır. Ən çox yayılmış səbəblərə bakterial vaginoz, göbələk infeksiyaları və cinsi yolla keçən xəstəliklər daxildir. Bundan əlavə, menopoz zamanı hormonal dəyişikliklər də vaginada yanma hissi yarada bilər. Gündəlik həyatda istifadə etdiyimiz bəzi məhsullar da bu narahatlığa səbəb ola bilər. Məsələn, ətirli sabunlar, duş gelləri, yuyucu vasitələr və hətta bəzi gigiyena vasitələri vaginal bölgəni qıcıqlandıra və yanma hissi yarada bilər. Bundan əlavə, dar geyimlər və sintetik alt paltarları nəmi tuta və problemə gətirib çıxarar.
Vaginal yanmanın qarşısını almaq və müalicə etmək üçün bir çox addım atıla bilər. Birincisi, şəxsi gigiyenaya diqqət yetirmək vacibdir. Mütəmadi olaraq duş qəbul etmək, lakin vaginal bölgəni həddindən artıq yumaqdan çəkinmək vacibdir. Yalnız su istifadə etmək və ya pH balanslı təmizləyicilər seçmək faydalı ola bilər. Alt paltarlarının seçimi də vacibdir. Pambıq və nəfəs alan alt paltarlarının seçilməsi nəmin yığılmasının qarşısını alır və infeksiya riskini azaldır. Dar geyimlərdən çəkinmək də faydalıdır. Yanma hissi davam edərsə, ginekoloqa müraciət etmək vacibdir. Həkim əsas səbəbi müəyyən etmək və müvafiq müalicəyə başlamaq üçün lazımi testlər və müayinələr aparacaq.
Aygün
Medicina.az