Omikron 3-5 günə özünü büruzə verir - Səhiyyə rəsmisi

  • 26 Yan 2022 15:50
  • 733 Baxış
Omikron 3-5 günə özünü büruzə verir  - Səhiyyə rəsmisi

“Koronavirus mutasiyaya uğrayır, Omicron ştamı dünya üzrə yayılıb”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, bu proses Azərbaycanda da baş verməkdədir:

“Bu ştamın inkubasion dövrü daha qısadır. Bu, 1-3, bəzən 5 günə qədər davam edir. Bu, o deməkdir ki, yoluxan insanların klinik əlamətləri bu günlər ərzində meydana çıxır. Digər tərəfdən bu infeksiyaya yoluxanların əksəriyyəti peyvənd alıb. Onlar xəstəliyi yüngül keçirirlər və xəstəliyin müddəti 1 həftəni aşmır.

Buna görə testi pozitiv çıxanların iki həftə evdə saxlanması məqbul deyil. Bu müddətin bir həftə olması yetərlidir. Bu müddətdə onlarla təmasda olanlarda virus aşkarlanmırsa, demək ki, ətraf üçün təhlükəli deyil”.