Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Peyvənd olunan deputat xəstəxanaya düşdü

  • 2021.01.16 15:53
  • 2355 Baxış
Peyvənd olunan deputat xəstəxanaya düşdü


Rusiyada Qanunverici Məclisin Sankt-Peterburqdan olan deputatı Mixail Amosov COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


“Həkimlər yüksək hərarətin olduğunu deyirlər və ağciyərin 15% zədələnməsi diaqnozu qoyublar. Hazırda oksigen terapiyası da daxil olmaqla intensiv terapiya aparılır”, - deyə bildirilir.

Amosovda koronavirus peyvəndin birinci mərhələsindən keçəndən bir həftə sonra, ötən gün aşkar edilib. Rusiyalı deputat ikinci iynəni vurdurmağa macal tapmayıb.

İlk inyeksiyadan sonra onun vəziyyəti pisləşməyə başlayıb. Amosov bunu peyvəndlə əlaqələndirib, lakin sonra koronavirus testi vermək qərarına gəlib və onun testi pozitiv çıxıb.

O deyib ki, peyvənddən əvvəl və ya sonra yoluxduğunu bilmir.