Qadın orqazmı: yalan, yoxsa reallıq?

  • 2023.07.26 23:31
  • 1779 Baxış
Qadın orqazmı: yalan,  yoxsa reallıq?
Bir qadının seksdən həzz aldığını və orqazmı təqlid etmədiyini necə başa düşmək olar?



“Medicina” xəbər verir ki, kişinin orqazma çatdığını başa düşmək çətin deyil. Ancaq qadınlarda orqazm çox vaxt hər hansı bir ciddi əlamətlə özünü göstərmir və bu, kişinin bunun nə vaxt baş verdiyini aydın şəkildə anlaya bilməməsinə səbəb olur.

Bu suala dəqiq cavabın olmamasına baxmayaraq, orqazmın fizioloji əlamətləri var:

• genital əzələlərin yığılması

• nəbz yüksəlir,

• cinsiyyət orqanları qanla dolur

• beyində xoşbəxtlik hisslərinə cavabdeh olan oksitosin və dopamin böyük miqdarda ifraz olunur.

Əslində, iniltilər, qışqırıqlar, ah-nalə və qadın ehtirasının və orqazmın digər xarici təzahürləri arasında əlaqə olduqca ixtiyaridir.

Partnyorunu razı salmaq və ya özünə hörmətini qorumaq üçün ona yaxşı olduğunu intensiv şəkildə göstərə bilər, hətta cinsi əlaqəni tez bitirmək üçün orqazmı imitasiya edə bilər. Həmçinin demək olar ki, səssizcə orqazm yaşaya bilər, yeganə xarici əlamət artan nəbzdən qızaran üz ola bilər.


Günay Quluzadə