Qadınlarda rast gəlinən qardnerella bakteriyası – Müalicəsi varmı?

  • 2023.03.25 17:40
  • 2183 Baxış
Qadınlarda rast gəlinən qardnerella bakteriyası  – Müalicəsi varmı?
Qadınlarda normada uşaqlıq yolunda müxtəlif qruplardan olan çoxsaylı mikroorqanizmlər yaşayır: lakto və bifidobakteriyalar (bütün floranın 95%-ini təşkil edir), koklar, enterobakteriyalar, bağırsaq çöpləri, maya göbələyi, klebsiella, mikoplazma və digərləri. Qardnerella da belə mikroblardandır.


O, az miqdarda sağlam qadının uşaqlıq yolunda digər mikroblarla birlikdə yaşayır. O, fakultativ anaerobdu, yalnız oksigen olmayan mühitdə yaşaya bilir.


“Medicina” xəbər verir ki, əlverişli şəraitdə tez bölünüb artaraq uşaqlıq yolu və sidik kanalını tutur. Vaginada olan süd turşsu bakteriyalarını məhv edir. Nəticədə keçmişdə qardnerelloz adlanan xəstəlik inkişaf edir. Hazırda alimlər müəyyən edib ki, bu prosesdə digər şərti-patogen mikroblar – mikoplazma, fuzobakteriya, bakteroid, peptostreptokok və digərləri də iştirak edir. Yəni, müasir baxışlara görə qadınlarda qardnerelloz qarışıq infeksiyadır və «bakterial vaginoz» adlanır.
Qardnerelloz – iltihabi xəstəlik deyil, uşaqlıq yolu mikroflorasının pozulmasıdır, yəni, vaginal disbiozdur.

Belə vəziyyət qadınların üçdə birində bütün ömrü boyu heç olmasa bir dəfə inkişaf edir. Bəs, bu, nə qədər təhlükəlidir?

Bakterial vaginoz cinsiyyət yollarında digər infeksiyaların — xlamidioz, qeyri-spesifik vaginit, kolpit və s. inkişafı üçün əlverişli şərait yaradır. O, uşaqlıq boynunun xərçəngönü vəziyyəti – displaziyanın formalaşmasına səbəb ola bilər. Qardnerelloz müxtəlif ginekoloji prosedurların, abort və doğuşların pis qurtarma riskini artırır. O həmçinin SPİD-ə yoluxma ehtimalını artırır.

Səbəbləri isə bunlardır:

- antibakterial preparatların istifadəsi, məsələn, sprinsevasiya;
- hamiləlikdən qorunmaq üçün oral kontraseptiv və spermisidlərin nəzarətsiz qəbulu;
- həkim nəzarətində olmayan uşaqlıqdaxili spiral;
- menstruasiya qanının azalması və tsiklin uzanması ilə müşayiət olunan hormonal pozğunluqlar, cinsi yetişkənlik və ya menopauza;
- cinsiyyət orqanlarının iltihabi xəstəlikləri;
- təsadüfi cinsi əlaqələr;
- şəkərli diabet, SPİD, immunodepressant və sitostatik qəbulu zamanı yaranan immunodefisit vəziyyətlər;
- inkişaf qüsurları, poliplər, kistalar, uşaqlıq yolu və uşaqlığın yad cisimləri.


Uşaqlıq yolunda şərti-patogen mikrobların həddən ziyadə artması nəticəsində onun turşuluğu dəyişir, pH 7 və daha yuxarı qalxır. Bu şəraitdə cinsiyyət orqanlarının təbii müdafiəsi zəifləyir, infeksion fəsadlar inkişaf edir.

Kişilərdə qardnerelloz nadir hallarda rast gəlinir. Adətən bu mikroblar sidik kanalından sidiklə yuyularaq xaric olur. Kişilərdə cinsiyyət orqanlarının qardnerella tərəfindən zədələnməsi barədə nadir hadisələr təsvir olunmuşdur. Bu zaman xəstəliyin xarici əlamətləri olmur.

Qardnerellozun müalicəsi dövründə qadın yağlı və şirin yeməklərdən imtina etməli, çoxlu maye və südturşşusu məhsulları (qatıq, süzmə, şor, kəsmik, pendir) qəbul etməli, çoxlu tərəvəz yeməklə tualeti normallaşdırmalıdır. Pasient yuyunmaq üçün duş qəbul edə bilər, amma vannada oturmaq olmaz.

Cinsi partnyor o vaxt müalicə olunmalıdır ki, onda sidik kanalının iltihabı – uretrit olsun. Qalan hallarda kişiyə müalicə təyin olunmur. Digər infeksiyalardan qorunmaq üçün prezervativdən istifadə etmək yaxşı olar, məcburi deyil.

Qardnerellozun müalicəsi aşağıdakı prinsiplər əsasında aparılır:

- antibakterial terapiya;
- uşaqlıq yolu mikroflorasının bərpası;
- immunitetin artırılması və təkrarlanmanın qarşısının alınması.

Günay Quliyeva