AZAL-ın təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat etdi

  • 2025.10.18 13:54
  • 201 Baxış
AZAL-ın təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat etdi

AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Lent.az-a mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, o bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.

Qeyd edək ki, Nurullah Siracov qəzadan sonra həyat yoldaşı ilə əlaqə saxlaya bilmirdi. Günlər sonra isə N.Siracovun Yeni Klinikada xanımına qovuşmasını əks etdirən videogörüntülər sosial şəbəkələrdə maraqla qarşılanmışdı.