Gəncə şəhərində xəstəxanada ölüm hadisəsi olub.
"Medicina" xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanasının Travmatologiya şöbəsində qeydə alınıb.
Həmin xəstəxananın sözügedən şöbəsində yatan Goranboy rayon sakini, 1954-cü il təvəllüdlü Z.Rzayev ikinci mərtəbədən yıxılıb.
O, xəstəxananın şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.