Qarabağ qazisinin 9 il sonra övladı doğuldu

  • 2022.11.16 14:53
  • 962 Baxış
Qarabağ qazisinin 9 il sonra övladı doğuldu

Birinci Qarabağ müharibəsinin iştirakçısı Əsgər İsayevin 9 il sonsuzluq sonrası Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) oğul övladı dünyaya gəlib.

"Medicina" xəbər verir ki, övlad sahibi olmaq üçün ETMGİ-nin mama-ginekoloqu Xəyalə Təhməziyə müraciət edən B.İsayevaya təyin olunan düzgün müalicə taktikası ilə hamiləlik baş tutub. Ağır preeklampsiya diaqnozu ilə çətin keçən hamiləlik periodu X.Təhməzinin nəzarəti ilə fəsadsız sonlanıb.

Hamiləliyin 38-ci həftəsində uğurla icra olunan qeysəriyyə kəsiyi ilə körpə sağlam dünyaya gəlib.