Qatıq bağırsaq xərçəngi riskini azaldır?

  • 2026.07.10 14:17
  • 251 Baxış
Qatıq bağırsaq xərçəngi riskini azaldır?

Araşdırmaya görə, qatıq, probiotik və prebiyotik qəbul edən insanlarda bağırsaq xərçəngi riski daha aşağı ola bilər.

Medicina.az xəbər verir ki, ABŞ-də aparılan tədqiqatda 50 yaşdan yuxarı 9405 nəfərin məlumatları araşdırılıb.

Nəticələr göstərib ki, qatıq və faydalı bakteriyalar qəbul edənlərdə bağırsaq xərçəngi halları daha az müşahidə olunub.

Alimlər bunu qatıqda olan faydalı bakteriyaların bağırsaq mikroflorasını yaxşılaşdırması və iltihabı azaltması ilə izah edirlər.

Mütəxəssislər bildirirlər ki, nəticələr ümidvericidir, lakin qatığın xərçəngdən tam qoruduğunu demək üçün əlavə araşdırmalara ehtiyac var.

Sağlam qidalanma, lifli qidaların qəbulu və balanslı bağırsaq mikroflorası bağırsaq sağlamlığı üçün vacib hesab olunur.

Xanım,
Medicina.az