“Köklük irsi problem deyil” – Sevinc Zaman

  • 2019.04.19 12:47
  • 15040 Baxış
“Köklük irsi problem deyil” –  Sevinc Zaman

19 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasının birgə təşkil etdiyi "Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Medicina.az bildirir ki, konfransda Nutrisiologiya, Dietologiya və Piylənmənin Proflaktikası Akademiyasının rəhbəri Sevinc Zaman piylənmənin sağlamlıq üçün çox təhlükəli olduğunu bildirib: 


Sağlam qidalanma, fiziki aktivlik sayəsində çəkiyə nəzarət etmək mümkündür. Bütün bu vərdişlər ailə ənənələrindən irəli gəlir. İnsanlar özləri sağlam qidalanaraq övladlarına da bunu aşılaya bilərlər. 


Bir çoxları elə düşünür ki, artıq çəki və piylənmə irsiyyətdən irəli gəlir. Amma bu fikir tamamilə yalnışdır. Yəni bir insanın ana-ata və ya nənə-babasının artıq çəkili olması heç onun artıq çəkili olacağı demək deyil. 


İnsanlarda uzun illər boyunca formalaşan bu yanlış fikir təəssüflər olsun ki, onlara mane olur. Sağlam qidalanaraq, fiziki aktivliklə məşğul olaraq, bir sıra vərdişlərdən imtina edərək bütün nəsil şəcərəsi kök və piyli insanlarla zəngin olan hər hansı bir kəs çox rahatlıqla istədiyi gözəl bədən quruluşu və sağlamlıq əldə edə bilər”.