Harvard alimindən beyin sağlamlığı üçün 6 məsləhət

  • 2024.05.08 16:00
  • 699 Baxış
Harvard alimindən beyin sağlamlığı üçün  6 məsləhət
Harvard Tibb Məktəbinin psixiatriya professoru Kristofer Palmer beyni sağlam və gənc saxlamaq üçün tövsiyələr verib.

O, bunun üçün özünün də 6 qaydaya əməl etdiyini bildirib.

Medicina.az həmin 6 qaydanı təqdim edir:


Yüksək karbonhidratlı qidalar yeməyin

Yüksək karbohidratlı qidalar qəbul etmədiyini bildirən Kristofer Palmer bunları deyib:

“Səhər yeməyində əsasən yumurta yeyirəm. Gün ərzində tərəvəz, meyvə və ət, balıq, toyuq əti yeyirəm. Bu, mənə sağlam çəkimi qorumağa və qan şəkərimi aşağı səviyyədə saxlamağa kömək edir".


İdmana 2 gündən artıq fasilə verməyin

“Mənim üçün optimal məşq həftədə üç-beş dəfə olmaqla 45 dəqiqəni idmana ayırmaqdır. Dartınma və qarın hərəkətləri ilə yanaşı, mən çəki qaldırıram, qaçıram, velosiped sürürəm, üzürəm və sürətli yerişlər edirəm", - o bildirib.


7 saatdan az yatmayın

“Siz yatdığınız zaman vücudunuz “istirahət və təmir” vəziyyətinə keçir. İnsanların ehtiyac duyduğu yuxu miqdarı dəyişir. Amma mən hər gecə ən azı yeddi saat yatıram. Adətən axşam saat 20:00 və ya 21:00-da yatıram və səhər saat 4-də oyanıram. "Erkən yatmaq, tez qalxmaq" rutini mənim gün ərzində zəkamı kəskinləşdirir və diqqətimi artırır", - deyə Palmer qeyd edib.


Alkoqoldan istifadə etməyin


Palmer 2020-ci ilin iyun ayında bir ay alkoqoldan imtina etməyə cəhd edib. Bundan sonra baş verənləri o belə izah edir:

“Hər keçən həftə yuxum və məhsuldarlığımın yaxşılaşdığını hiss etdim, buna görə də içməyi tamamilə dayandırmaq qərarına gəldim".


Şəxsi inkişafa vaxt ayırın

“Empatiya, münasibətlər, sosial bacarıqlar və ya idrak qabiliyyətlərinin təkmilləşdirilməsinə yönəlmiş psixoterapiya zəif inkişaf etmiş beyin dövrələrini yenidən gücləndirə bilər. Ona görə də buna diqqət yetirin”, - deyə professor vurğulayıb.


Həyatdakı məqsədinizi heç vaxt unutmayın

Palmer bunun beyin üçün çox vacib olduğuna diqqət çəkib:

“İnsanlar məqsəd duyğusuna sövq edilirlər. Bunun beynimiz üçün mühüm olduğuna inananlardanam. İnsanlarda məqsəd hissi olmadıqda bu, beyində xroniki stress reaksiyasına səbəb ola bilər və koqnitiv funksiyanın zəifləməsinə gətirib çıxarar”.


Aysel