Şəkərin tamamilə aradan qaldırılması döş xərçənginin qarşısını almayacaq.
Amma pəhrizinizdə emal olunmuş və şəkərli qidaların miqdarının azaldılması bu xəstəliyin inkişaf riskini azalda bilər.
“Medicina” xəbər verir ki, Anderson Xərçəng Mərkəzinin mammologu Şelli Lo bu barədə danışıb.
Döş xərçəngi risk faktorları idarə olunan və idarəolunmaz olmaqla 2 cür olur.
"Yaş, ailə tarixi və döş xərçənginə genetik meyl təsir göstərə bilməz".
Yaş xəstəliyin inkişafının əsas risk faktorlarından biridir. Risk 40 yaşdan sonra artmağa başlayır və 70 yaşdan yuxarı qadınlarda pik həddə çatır.
Erkən menstruasiya - 12 yaşdan əvvəl - və ya gec menopauza - 55 yaşdan sonra - estrogen hormonuna məruz qalma müddətini artırır. Bu amil həmçinin xəstəliyin inkişaf riskini artırır.
Həkim əsas qoruyucu amillər kimi aşağıdakıları qeyd edir: alkoqol və siqaretdən imtina, bitki mənşəli qidalar və sağlam yağlarla zəngin pəhriz, müntəzəm fiziki fəaliyyət və stressin idarə olunması. Lakin pəhriz planlaşdırarkən şirniyyatlardan tamamilə imtina etmək tövsiyə edilmir.
"Xərçəng hüceyrələri enerji üçün şəkərdən istifadə etsələr də, pəhrizdən şəkərin çıxarılması döş xərçəngi inkişaf riskini birbaşa azaltmır".
Əvəzində həkim emal olunmuş və şəkərli qidaların ümumi istehlakını məhdudlaşdırmağı və sağlam çəki saxlamağı tövsiyə edir. Əvvəlki tədqiqatlar göstərir ki, emal olunmuş qidalar bədəndə iltihabı artıra bilər. Bədəndə iltihabın artması potensial olaraq ümumilikdə xərçəng inkişaf riskini artırır.
Aygün Musayeva