Lianq Çayyu gələcək əri He Xianşenlə tanış olanda onların bir-birinə oxşadığını heç kim hiss etməmişdi.
İndi isə onları heç kim ayıra bilmir: ər hansıdır, arvad hansı?
“Medicina” xəbər verir ki, Çinin Donqquan sakinləri evlənib birlikdə yaşamağa başlayana qədər qadın oxşarlığı hiss etməyib.
Cütlük bitki mənşəli dərman dükanına sahib idi və arvad ailə biznesini sosial media vasitəsilə tanıtmaq qərarına gəlib.
Lianq videolar çəkməyə başlayıb və istifadəçilərin diqqətini cəlb etmək üçün Hedən onun kimi geyinməsini və parik taxmasını istəyib.
Cütlüyün videoları hətta bitki mənşəli dərman almağı düşünməyən insanlar tərəfindən də bəyənilib.
Hətta onları əkizlərlə səhv salıblar, ehtimal ediblər ki, onları körpəlikdə ayrılıblar.
Cütlüyə DNT testi vermələri tövsiyə olunur, lakin Lianq və Henin qohum olmadıqlarına əmindirlər. Sadəcə, onların xoşbəxt həyatları və ortaq maraqları onları bir-birinə bənzədib. Bu onları narahat etmir.
Aygün Musayeva