Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 8 nömrəli Uşaq Poliklinikasının fəaliyyətə başlamasının 40 illik yubileyi münasibətilə görüş keçirilib. Görüşdə Mərkəzin direktoru Elçin Əmirov, direktor müavinləri Ləman Mursaqulova, Güllü İbadova, departament rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.
"Medicina" xəbər verir ki, əsaslı təmirdən sonra poliklinika müasir standartlara cavab verən rəngli-doppler exokardioqrafiya, ultrasəs və göz müayinəsi avadanlıqları ilə təmin olunub. Laboratoriya, oftalmoloji, kardioloji, şüa-diaqnostika kabinetlərinə baxış keçirən rəsmilər burada yaradılan şəraitlə tanış olub, tibb işçilərinin əmək şəraiti və iş prosesində qarşılaşdıqları çətinliklərlə maraqlanıblar.
Daha sonra görüş poliklinikanın akt zalında təşkil olunan rəsmi tədbirlə davam etdirilib. Tədbiri giriş sözü ilə açan 8 nömrəli Uşaq Poliklinikasının baş həkimi Nuriyyə Tağıyeva poliklinikanın 40 il ərzində keçdiyi inkişaf yolundan, xüsusilə, TƏBİB-in idarəçiliyi dövründə həyata keçirilən islahatlardan, tibb müəssisəsinin həm maddi-texniki cəhətdən təmin olunması, həmçinin kadr potensialının gücləndirilməsi istiqamətdə görülən işlərdən söz açıb.
b. O həmçinin, vurğulayıb ki, bu gün poliklinikaya 3-cü səfəridir, bu dəfə öncəki səfərlərində müşahidə etdiyi çatışmazlıqların aradan qalxmasının şahidi olub. Bundan məmnunluğunu ifadə edən direktor görülən işlərin yekunlaşmadığını, uğurlu layihələrin həyata keçiriləcəyini nəzərə çatdırıb.
Daha sonra tədbir Uşaq Poliklinikasının şöbə müdiri Elçin Əliyevin və baş tibb bacısı Aygün Həsənovanın çıxışları ilə davam etdirilib.
Tədbirin sonunda öz xidmətlərinə görə fərqlənən bir sıra əməkdaşlara təşəkkürnamələr təqdim olunub.