Məşhur aktrisa 100 yaşında vəfat etdi

  • 2025.10.27 16:04
  • 72 Baxış
Məşhur aktrisa 100 yaşında   vəfat etdi

Məşhur amerikalı aktrisa Cun Lokhart 100 yaşını geridə qoyaraq vəfat edib.


"Medicina" xəbər verir ki, Lokhart daha çox “Lessi” serialında "Rut Martin" rolu ilə tanınıb. O, altı il bu rolunu canlandırıb.

Filmdə debütünü 13 yaşında edən Lokhartın sonuncu ekran işi 2018-ci ildə çəkilmiş “Remeyk” romantik komediyasında olub.

Onun Ulduzlar Alleyasında ulduzu var.