Almaniyada quş qripi səbəbindən 400.000-dən çox heyvan məhv edilib.
Medicina.az xəbər verir ki, Fridrix Loffler İnstitutu (FLI) quş qripi hallarının ən ağır il olan 2021-ci ildəki hallarla oxşar olduğunu bildirib.
Ölkədə 30 fermada 400.000 toyuq, ördək, qaz və hinduşka məhv edilib.
Qeyd olunub ki, vəziyyətin necə olacağını proqnozlaşdırmaq mümkün deyil.
Brandenburqdakı Markiş-Oderland bölgəsi quş qripi səbəbindən əlavə 130.000 quşun məhv ediləcəyini açıqlayıb.
Qeyd edək ki, əvvəllər eyni bölgədə 150.000 quş məhv edilmişdi.
Xüsusilə Brandenburqun şimal-qərbindəki Linumer Teichland bölgəsində kütləvi durna ölümləri qeydə alınmışdı.
2020-2021-ci illərin qışında Almaniyada quş qripi səbəbindən 2 milyondan çox quş məhv edilib.
Aygün
Medicina.az