Dabaq xəstəliyi nə dərəcədə qorxuludur? - Həkimdən açıqlama

  • 2025.10.27 21:06
  • 206 Baxış
Dabaq xəstəliyi nə dərəcədə qorxuludur? -  Həkimdən açıqlama

Son günlərdə dabaq xəstəliyi əhalini panika və qorxuya salıb.

Medicina.az xəbər verir ki, bu barədə pediatr Tərlan Əyyubov bildirib.

Həkim deyib ki, xarici ədəbiyyatlarda buna əl-ayaq xəstəliyi də deyilir:

"Dabaq xəstəliyi viruslar tərəfindən törədilir. Hamının bildiyi koksaki virusu ilə eyni qrupa, pikarno virus qrupuna aiddir. Bu viruslar xarici görünüşünə görə bir-birinə bənzəsələr də, fərqli viruslardır. Dabaq xəstəliyinə görə qorxmayın. Virus yanlız heyvandan-heyvana keçir. Cüt dırnaqlılara, iri və xırdabuynuzlu heyvanlara keçirlər. İnsan üçün təhlükəli deyil. Ona görə də bunu zoonozlara, yəni heyvandan insana keçən xəstəliklər qrupuna aid etmirlər. 1900-2000-ci illərdən bu yana cəmi 40 heyvandan insana yoluxma hadisəsi olub. Bu da özünü qrip simptomları ilə göstərib. Heç kim ağır xəstələnməyib".



Aygün
Medicina.az