Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

  • 2024.05.08 12:22
  • 720 Baxış
Qırışları və ləkələri yox edən düyü maskası –  RESEPT
Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır.

Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamanda bu maskalar dəri rəngini açır, dərini yumşaldır və parlaqlıq qazandırır. Bütün bu xüsusiyyətlərinə görə həftədə iki dəfə dəri maskasından müntəzəm olaraq istifadə edildikdə 10 il cavanlaşmağın mümkün olduğu bildirilir. Bahalı düyü maskalarına büdcə ayırmaq istəməyənlər onu evdə də hazırlaya bilərlər.

Medicina.az ən təsirli düyü maskalarından birinin reseptini təqdim edir:

Tərkibi:

-1 xörək qaşığı bal

- 3 xörək qaşığı düyü

- 1 çay qaşığı süd

Hazırlanması:

Düyünü bir stəkan suda qaynatdıqdan sonra süzün, ancaq suyunu atmayın. Düyü, süd və balı yaxşıca qarışdıraraq maska halına gətirin.

İstifadə qaydası:

Maskanı üzünüzə çəkib 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə təmizləyin. Ardınca istifadə etdiyiniz hərhansı bir nəmləndirici kremi çəkin. Bunu həftədə 2 dəfə təkrarlayın.

Düyünü süzüb əldə etdiyiniz suyu isə hər gecə yatmazdan əvvəl tonik əvəzinə üzünüzə tətbiq edin. Bunu təmizləməyə ehtiyac yoxdur, səhərə qədər üzünüzdə qala bilər. Artıq 1 həftə sonra nəticələri görəcəksiniz.


Aysel