Ömrü uzatmaq üçün düzgün nəfəs alın - Alimlərdən tövsiyə

  • 2024.05.08 11:11
  • 559 Baxış
Ömrü uzatmaq üçün düzgün nəfəs alın - Alimlərdən tövsiyə
Sağlam və uzun ömür sürmək üçün ən sadə yol düzgün nəfəs almaqdır. Alimlər düzgün nəfəs almağın əhəmiyyətinin kifayət qədər anlaşılmadığını bildirirlər.

Onların sözlərinə görə, düzgün nəfəs aldıqda orqanizm oksigenlə daha yaxşı təmin olunur və karbon qazını daha yaxşı ata bilir. Düzgün nəfəs alma üsulu stressi azaldır, bir çox xəstəlik riskini aradan qaldırır.

Odur ki, hər gün ən azı bir neçə dəqiqə vaxt ayıraraq dərin və idarə olunan tənəffüs üsullarını ehtiva edən məşqlər etmək lazımdır. Bu məşq üsullarını bir çox platformada pulsuz təqdim edən mütəxəssislər var. Biraz araşdırmaqla “Youtube”da kifayət qədər öyrədici videolar tapmaq olar. Onlardan yararlanaraq ilk vaxtlar 3-5 dəqiqə, daha sonra isə püxtələşdikcə gündə yarım saata qədər bu məşqləri tətbiq etmək öz əlinizdədir.

Medicina.az düzgün nəfəs almağın faydalarını təqdim edir:

- Stresi azaldır. Düzgün nəfəs alma məşqləri stres hormonlarını azaltmağa kömək edir.

- Dərin nəfəs parasimpatik sinir sistemini stimullaşdırır, sinir sistemini sakitləşdirir.

- Qan təzyiqini aşağı salır. Bu da ürək sağlamlığına yaxşı təsir edir. Hipertansiyon riski azalır.

- İmmunitet sistemini gücləndirir.

- Emosional tarazlığı balanslaşdırır.

- Diqqəti artırır.


Aysel