Rusiyada yeni koronavirus dərmanı

  • 2021.06.02 15:02
  • 1882 Baxış
Rusiyada yeni koronavirus dərmanı


Rusiyada koronavirusun müalicəsində yeni dərman istifadə ediləcək


Rusiyada inhalyasiya dərmanı “Leytragin” koronavirusun gedişatını çətinləşdirən sətəlcəmin müalicəsi və qarşısının alınması üçün istifadə ediləcək.

Rusiyanın Federal Tibbi və Bioloji Agentliyinin (FMBA) saytında bu barədə məlumat yerləşdirilib.

Dərman mayın sonunda bu məqsədlə istifadə üçün qeydiyyata alınıb.

2020-ci ilin avqust ayında “Rospatent” “Leytragin” dərmanının inkişafı çərçivəsində FMBA-ya üç patent verib.