Salyanda keçmiş baş həkim və arvadı qətlə yetirildi

  • 2024.03.01 10:52
  • 1539 Baxış
Salyanda keçmiş baş həkim və arvadı  qətlə yetirildi
Salyanda ər və arvad qətlə yetirilib.

Medicina.az Report-a istinadla bildirir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb. Belə ki, naməlum şəxs və ya şəxslər tərəfindən kənd sakinləri, 1956-cı il təvəllüdlü Məmmədov İsrafil Əiməmməd oğlu və onun arvadı 1963-cü il təvəllüdlü Məmmədova Münəvvər Rza qızı evdə qətlə yetirilib.

Qeyd edək ki, İ. Məmmədov vaxtilə rayon poliklinikasının baş həkimi olub. Faktla bağlı araşdırma aparılır.
Salyanda keçmiş baş həkim və arvadı  qətlə yetirildi