Şəhidin bacısı faciəvi şəkildə vəfat etdi

  • 2021.11.13 15:00
  • 1996 Baxış
Şəhidin bacısı faciəvi şəkildə vəfat etdi

Vətən müharibəsi şəhidi Rəşad Ağayevin ailəsinə daha bir ağır itki üz verib.

Medicina.az xəbər verir ki, şəhidin bacısı 2006-cı il təvəllüdlü Tamilla Ağazadə ötən gün hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib. Bildirilir ki, şəhid bacısı rayonun 283 nömrəli məktəbin 10-cu sinif şagirdi olub.

Faktı Binəqədi rayon İcra Hakimiyyətindən saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü R. Ağayev 2020-ci ilin oktyabrın 2-də Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.