Sidik analizində xərçəng izləri

  • 2026.05.13 22:00
  • 95 Baxış
Sidik analizində xərçəng izləri


Bəzi xərçəng növlərini sidikdəki dəyişiklikdən və sidik analizindən görmək olar.


Medicina.az xəbər verir ki, mədəaltı vəz xərçəngində adətən həmin nahiyədə ağrılar, iştahın azalması, çəki itkisi olur. Lakin bunlar artıq gecikmiş mərhələdir. İlk simptom sidikdə görülə bilər.



Bəzən sarılıq sidikdə özünü göstərir. Sidiyin həddən artıq tünd olması, hətta qəhvəyi olması bilirubinin miqdarının artdığını göstərir.

Bilirubin qaraciyər tərəfindən hasil olur, öd yolları tutulduqda qanda çox toplanır.

Sidik qəhvəyi olur, nəcis isə açıq krem rəngi alır, dəri qaşınır.

Bu əlamətlər varsa qaraciyər və mədəaltı vəz yoxlanmalıdır.

Ona görə də sidikdə ağır xəstəliklərin izi ola bilər.

Aygün M