Sirroz xəstələri üçün yeni müalicə- Nəcis terapiya

  • 2023.06.27 15:21
  • 1622 Baxış
Sirroz xəstələri üçün yeni müalicə - Nəcis terapiya
Kron, ishal, kolit xəstələrinin müalicəsində istifadə edilən, ciddi infeksiyaların qarşısını almaq üçün nəzərdə tutulmuş nəcis həbləri artıq qaraciyər sirrozu xəstələri üzərində sınanmağa başlanılıb.

"Medicina" xəbər verir ki, İngiltərədə klinik sınaqlarda 300 xəstədə bu həblər verilib.

Alimlər xəstələrin burunlarından mədələrinə nəcis nəql" edildiyini açıqlayıblar. Üç aydan sonra bağırsaqda faydalı bakteriyaların sayı ideal artıb.


Elm adamları iki il ərzində hər üç ayda bir tablet qəbulunun xəstəxanaya yerləşdirmə sayını azalda biləcəyini təxmin edir.

Əgər bu effekt verərsə, sirroz xəstələrinin ömrünü uzatmaq mümkün olacaq.

Aygün Musyaeva