Streptokokk infeksiyasına qarşı - Sanukehl strep

  • 2024.03.27 17:29
  • 911 Baxış
Streptokokk infeksiyasına qarşı   -   Sanukehl strep

Həm böyüklərdə, həm də uşaqlarda rast gələn otit, follikulyar angina, osteomielit, empiema, mastoidit, endomio və perikardit, mastit, qızıl yel kimi infeksiyalar streptokokk bakteriyası ilə törənir. Kəskin ağrı, çox halda yüksək hərarətlə keçən bu infeksiyalar təcili müdaxilə tələb edir.



"Medicina" xəbər verir ki, bu vəziyyətdə uyğun antibakterial preparatın təyini lazım gəlir. Eyni zamanda izopatik preparat olan Sanukehl strep-in təyini məqsədəuyğundur, belə ki, Sanukehl strep Streptococcus pyogenes toksinlərinə və antigenlərinə qarşı antidot xüsusiyyətlərinə malik olub (toksinləri birləşdirib, inaktivasiya edici xassə), onların aradan qaldırılmasını stimullaşdırır, terapiyaya qarşı həssaslığı artırır, fəsadlaşmanı minimallaşdırır.


Bəzi hallarda yanlış müalicə və ya immun sisteminin zəifliyi səbəbindən bu xəstəliklər xroniki formaya keçib tez-tez residivləşir. Hər residiv yenidən antibiotik qəbuluna, ondan doğan disbakterioz, qaraciyər, böyrək zədələnməsi və s. yan təsirlərə gətirir.

Məlumdur ki, təkrar-təkrar antibakterial müalicə aparılan zaman törədici öz qılafını itirərək, divarsız formaya keçir (CWD- forma). Mikrobun antigen xüsusiyyəti, yəni onun immun sistemi tərəfindən tanınıb məhv ediləcək xassəsi məhz onun qılafında yerləşir. Aqressiv müalicələr zamanı qılafın itirib, amma patogenliyini qoruyan həmin mikrob immun sistemi ilə tanınmır və özünün tam formasından daha ciddi fəsadlar törədir. Uzun-uzadı davam edən, tez-tez kəskinləşən anginalar, otitlər və s. – bunlar əsasən həmin divarsız formaların aktivliyin nəticəsidir.
Sanukehl strep – Streptokkokun məhz qılafının polisaxaridlərindən hazırlanmış preparatdır ki, orqanizmə daxil edildikdə törədicinin antigen xüsusiyyətini bərpa edib təhlükəli mikrobu immun sisteminə tanıdır və orqanizmdən xaric edilməsini təmin edir.

Revmatik xəstəliklərin müalicəsində mühüm vasitədir. Kiçik xoreyada dərmanın yaxşı effektivliyi müəyyən edilmişdir: xoreatik səyirmələr, tiklər, qıcıqlanmalar, əzələ hipotoniyası və psixi pozulmalar (qıcıqlanma, diqqət yayınması, depressiya, kabuslar, hallüsinasiyalar).

Qəbul qaydası: 10 damcı gündə 1 dəfə yeməkdən 30 dəq. əvvəl (birbaşa ağıza tökmək).

Aygün M