Təkcə vaksinlə pandemiyanın qarşısını ala bilməyəcəyik - Uğur Şahin

  • 2021.12.21 15:45
  • 2210 Baxış
Təkcə vaksinlə pandemiyanın qarşısını ala bilməyəcəyik -  Uğur Şahin
Vaksinlər təkbaşına pandemiyanın qarşısını ala bilməyəcək.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri “BioNTech”in qurucusu, professor Uğur Şahin Fransanın “Le Monde” qəzetinə müsahibəsində deyib.

Peyvəndin “omikron” variantına qarşı effektivliyindən danışan professor qeyd edib ki, Britaniya və Cənubi Afrikadan əldə edilən ilkin məlumatlara görə, üçüncü dozadan sonra vaksinlərin effektivliyi təxminən 70, ikinci dozadan sonra isə 20-40 faizdir:

“3 dozadan 3 ay sonra effektivliyin təxminən 25 faizə düşdüyünü irəli sürən araşdırmanın doğruluğunu qiymətləndirmək üçün əlimizdə daha çox məlumat olmalıdır. Lakin peyvəndlərin zamanla “omikron”a qarşı təsiri yox olacaq, bu, çox böyük ehtimaldır. Mən proqnozları ilkin laboratoriya məlumatlarına deyil, real həyat məlumatlarına əsaslandıracağam.

Aydındır ki, peyvəndlərin birinci virusa qarşı əldə etdiyimiz 95 faizlik effektivlikdən çox uzağıq. Ancaq üçüncü dozadan sonra peyvəndimiz hər cür xəstəliyə qarşı 70 və ya 75% qoruma təmin edir. Bu, ümumilikdə vaksin üçün hələ də yaxşı nəticədir.

3 dəfə peyvənd edilmiş insanlar da xəstəliyi keçirə bilər, odur ki, bu qış qoruyucu tədbirlərin davam etdirilməsinə ehtiyac var. “Omikron”a qarşı xüsusi bir peyvənd hazırlanır, “BioNTech” bu peyvəndi mart ayına qədər hazır etməyi planlaşdırır”. /publika.az/

Məlumat üçün bildirək ki, Böyük Britaniyanın “Mirror” qəzeti “omikron”un 5 yeni əlamətini açıqlayıb:

Boğazda qaşınma hissi

Quru öskürək

Həddindən artıq gərginlik

Yüngül əzələ ağrıları

Gecə tərləməsi