Tovuzun ermənilər atəşə tutduğu kəndində sakinlər pulsuz müayinə edildi

  • 2020.08.10 11:56
  • 2176 Baxış
Tovuzun ermənilər atəşə tutduğu kəndində sakinlər pulsuz müayinə edildi
“ASAN xidmət” və özəl tibb müəssisəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən ödənişsiz səyyar tibbi müayinə layihəsi bu dəfə Tovuz rayonunun Ağdam kəndində təşkil olunub.

Medicina.az xəbər verir ki, kənd sakinləri yaşadıqları ünvanlarda ödənişsiz həkim müayinələrindən yararlanıblar.

Müayinələr pandemiya şəraitində mövcud preventiv tədbirlərin şərtlərinə və tibbi-profilaktik qaydalara əsasən təşkil olunub. Həmçinin sakinlərə tibbi maskalar və dezinfeksiya məhlulları təqdim olunub.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Qeyd edək ki, səyyar tibbi müayinə layihəsi 2017-ci ildən həyata keçirilir və Azərbaycanın bir çox regionlarını əhatə edib.

Müayinə olunanlar arasında şəhid Elşad Məmmədovun oğlu da var.


Tovuzun ermənilər atəşə tutduğu kəndində sakinlər pulsuz müayinə edildi