ÜST koronavirusun bitəcəyi tarixi təxmini açıqladı

  • 2021.10.01 15:53
  • 2561 Baxış
ÜST koronavirusun bitəcəyi tarixi  təxmini açıqladı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatlarına görə, dünyada COVID-19-a yoluxmada azalma müşahidə olunur.

Medicinina.az xəbər verir ki, ÜST yeni yoluxma sayının hər həftə 400 min azalaraq 4 milyondan 3,6 milyona düşdüyünü bildirib.

Təşkilatın Xalq Sağlamlığı, Ətraf və İqlim Dəyişikliyi departamentinin direktoru Maria Neira vaksinasiyanın davam etdiyi müddətdə bütün koronavirusla bağlı yaşanan böhranın 2022-ci ilin martına qədər bitəcəyini proqnozlaşdırdıqlarını açıqlayıb:

"Hər şey peyvəndlənmənin sürətləndirilməsindən və dərman preparatlarının mövcudluğundan asılı olacaq, çünki bəzi ölkələrdə bu hələ də narahatedici formadadır". (publika.az)