Kron və ulserativ kolitin müalicəsi - Göbək ətrafında ağrı, qızdırma, köp, ishal...

  • 2019.09.02 19:19
  • 12085 Baxış
Kron və ulserativ kolitin müalicəsi  -  Göbək ətrafında ağrı, qızdırma, köp, ishal...
-  Tez-tez qarında, göbək ətrafında ağrılar, qızdırma, köp, daimi qurultular sizi narahat edir? 

-  Sizdə uzunsürən, gündə 5-10-20 dəfə baş verən, qanlı, bəlğəmli, sulu, müalicəyə çətin tabe olan ishal müşahidə olunur? 


Bu əlamətlər (hətta bunların  hər hansı biri) bir çox ağır fəsadları olan Kron və ulserativ kolitin simptomları ola bilər.


Medicina.az bildirir ki, Kron və ulserativ (xoralı) kolit bağırsağın iltihabi xəstəlikləridir.


Genetik meyilliyi olan insanlarda müxtəlif səbəblərdən (ekologiya, əsəb, stress, qeyri-düzgün qidalanma və həyat tərzi, disbioz) immun sistemdə pozulmalar baş verir, nəticədə mədə-bağırsaq traktının müxtəlif şöbələrində sonlanmayan iltihabi proseslər gedir, bağırsaq divarında get-gedə dərinləşən, hətta bağırsağın deşilməsinə səbəb olan yaralar yaranır. Bu xəstəliyin inkişafına ən çox səbəb olan amillərdən biri disbioz və dəlikli bağırsaq sindromudur.

 


Bildiyimiz kimi, bağırsaqda 35000-dən çox mikroorqanizm yaşadığı ehtimal olunur. Onlardan yalnız 400-ə yaxını alimlər tərəfindən izolə edilib. Bu mikroorqanizmlərin bir hissəsi selikli qişanın səthində, bir hissəsi isə daha dərin qatlarda yaşayır. Ümumiyyətlə, vücudda olan mikro-orqanizmlər (mədə - bağırsaq traktı, dəri, urogenital sistem) orqanizmin sağlamlığında böyük əhəmiyyət kəsb edir.

 

Normal bağırsaq mikroflorası metabolizm, həzm, orqanizmin immuniteti, eyni zamanda bağırsağın  yerli immuniteti, müxtəlif fizioloji proseslərdə mühüm rol oynayır. Ona görə müxtəlif səbəblərdən (yanlış qidalanma, antibiotik istifadəsi, stress, ekologiya və s.) bağırsaqda mikroorqanizmlər arasında balans pozulduqda (disbioz) bağırsaq keçiriciliyi artır (dəlikli bağırsaq sindromu) və nəticədə iltihabi proseslər, Kron və ulserativ kolit, autoimmun və digər xəstəliklər inkişaf edə bilir. Kron xəstəliyinin, ulserativ (xoralı) kolitin biotənzimləyici, mikrobioloji, immunoloji müalicəsi məhz bu proseslərin aradan qaldırılmasına əsaslanır.


Kron xəstəliyi bütün mədə-bağırsaq traktını zədələyir (ağızdan anusa qədər). Ulserativ (xoralı) kolit  isə yogun bağırsağı zədələyir.


Kron xəstəliyinin fəsadları:


- Obstruksiya (bağırsaq keçməməzliyi)

- Fistul (bağırsaqdan-bağırsağa, bağırsaqdan-sidik 

kisəsinə, bağırsaqdan-dəriyə açılan yol)

- Abses


Ulserativ kolitin fəsadları:


- İldırımsürətli kolit

- Şiddətli qanaxma

- Toksik meqakolon

- Perforasiya

- Striktura (daralma)

- Displaziya

- Kolorektal kancer


Müalicə


Klassik təbabətdə bu xəstəliklərin müalicəsi immun sistemin basqılan-masına əsaslanır. Çox vaxt bu dərmanlarla aparılan müalicə nəinki effekt vermir, onların çox ağır yan təsirləri özünü büruzə verir; osteoporoz, böyrək çatışmazlığı, kəskin pankreatit, limfoma, dəri xərçəngi, vərəmin baş qaldırması və s. Bu müalicələr orqanizmin özünübərpaetmə, sağalma qabiliyətini pozur.


Biotənzimləyici terapiya pozulmuş immunpatoloji prosesləri, dəlikli bağırsaq sindromunu, disbiozu aradan qaldırmaqla, orqanizmin özünü-sağaltma qabiliyyətini bərpa etməklə iltihabı sonlandırır və sagalmaya səbəb olur.


Qeyd edək ki, Bioloji Təbabətdə istifadə olunan preparatlar Almaniya istehsalı olub, kiçik dozalıdır, hüceyrələr tərəfindən yaxşı mənimsənilir, heç bir əlavə təsiri, əks-göstərişi yoxdur.


 Müalicənin aparılmasında qastroenteroloq, dietoloq iştirak edir.

 




BİOLOJİ TƏBABƏT KLİNİKASI

Bakı: 3 mkr., Pişəvəri küç. 110 (Cavadxan küç 24), M. Əcəmi m.st yaxınlığında

Tel: (012) / (050) (055) / (070) 430 89 89

www.btk.az

www.facebook.com/bioloji.tababat/

www.instagram.com/bioloji.tebabet/