15 kiloqram arıqladı - Heç kim tanımadı -FOTO

  • 2026.03.31 18:11
  • 306 Baxış
15 kiloqram arıqladı -  Heç kim tanımadı -FOTO

"Leyla ve Ömer" kimi seriallarda rol alan məşhur aktrisa Qamze Karaduman son görünüşü ilə xəbərlərin manşetinə çevrilib.

Medicina.az xəbər verir ki, müxbirlər 15 kiloqram arıqlayan Karadumanı tanımaqda çətinlik çəkiblər.

Məşhur aktrisa qısa müddətdə 15 kilo arıqlamağın sirrini bölüşüb.



Karaduman prosesin tamamilə təbii şəkildə getdiyini bildirib:

"Qaçmağa başladım. Qaçışla yanaşı, müntəzəm qidalanmağa başladım və beləliklə arıqladım".

İdmanı sadəcə bir vasitə deyil, həyat tərzi halına gətirdiyini bildirən aktrisa, tez bir zamanda rutin halına gələn bu sağlam vərdişin bəhrəsini 15 kilo arıqlayaraq əldə edib.



Aygün
Medicina.az