Müalicəvi feyxoa mürəbbəsi – RESEPT

  • 08 Oktyabr, 2019
  • 19058 Baxış
Müalicəvi feyxoa mürəbbəsi – RESEPT

Feyxoa mövsümündə qışa faydalı, yodla, minerallarla zəngin feyxoa mürəbbəsi hazırlamağın tam zamanıdır.

Medicina. az bir qədər fərqli resepti təqdim edir:

500 qr  feyxoa
250 qr şəkər tozu
500 ml qaynar su
2 ç.q konyak

Hazırlanması:

Əvvəlcə feyxoanı yuyub, qabıqlarını nazik soyun, amma atmayın. Feyxoaları çox soyuq suya qoyun
Kiçik qabda 1 stəkan su alıb, şəkər tozunu tökün. Odun üzərində karamel olana kimi qarışdırın.

Ayrı iri qazanda qaynar suya feyxoa qabıqlarını və şəkərli şərbəti qatıb, qaynar hala salın və 8 dəqiqə bişirin. 
Sonra süzün. 

Bu siropa təmizlənmiş feyxoaları əlavə edib,30 dəqiqə bişirin. Sona yaxın konyak əlavə edin.
Soyudub banlaya yığıb ağzını qapaqla möhkəm bağlaya bilərsiz