Yeni doğulan körpəni zibilliyə atdılar - Gəncədə

  • 24 Dek 2019 09:39
  • 1340 Baxış
Yeni doğulan körpəni zibilliyə atdılar -  Gəncədə
Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.

Medicina.az report.az-a istinadla bildirir ki, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.

Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan "Report"un Qərb Mərkəzinə verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələ ki xəstəxanada saxlanılır.

Faktla bağlı araşdırmalara başlanılıb.