10 uşaqdan birini öldürənAzərbaycana da keçsə… - İlk müdaxiləni necə etməli, xəstəliklərdən necə seçməli QIZILCA

  • 2018.01.12 16:18
  • 58141 Baxış
10 uşaqdan birini öldürənAzərbaycana da keçsə… - İlk müdaxiləni necə etməli, xəstəliklərdən necə seçməli  QIZILCA
Son günlər Kiyevdə qızılca xəstəliyinin yayılması, buna görə şəhərdə fövqəladə vəziyyət elan olunması epidemiyanın Azərbaycana keçmə ehtimalını gündəmə gətirib. Bu infeksiyanın ağırlaşması xüsusilə 5 yaşa kimi uşaqlar üçün daha qorxulu olduğu bildirilir.


Bəs Azərbaycanı da bu təhlükə gözləyirmi?

 

Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən pediatr Gülnar Qasımovanın sözlərinə görə, Azərbaycanda xəstəliyin yayılma ehtimalı aşağıdır:

"Statistik göstəricilərə nəzərən deyə bilərəm ki, infeksion xəstəliklərin içərisində ən az yayılanı qızılcadır. Su çiçəyi ona nəzərən daha çoxdur. Bu, peyvəndləşmə ilə əlaqədardır”. 


Pediatr qızılcanın adətən məxmərək və su çiçəyi ilə qarışıq salındığını bildirərək fərqləndirməyin üsullarından bəhs edib:


"Qızılca ağızda səpkilərlə başlayır. Dişlərin diblərində, kənarı haşiyəli səpkilər yaranır. İlkin olaraq bununla başlayır. Qızılca digər infeksiyalardan fərqli olaraq mərhələ şəklində gedir. Su çiçəyindən əslində çox fərqlənir. İkisini tibb sahəsində olmayan insan da rahatlıqla ayırd edə bilər. Su çiçəyində içi suluqlu səpkilər olur. Başın tüklü hissəsində də yaranır. Qızılcada isə yan-yana səpkilər olur. Bu infeksiya məxmərəyə daha çox bənzəyir. Qızılca ilkin olaraq qulağın arxa tərəfində də yaranır, sonra üz, ikinci mərhələdə boyun, sinə, kürək və yuxarı nahiyələr, üçüncü mərhələdə isə aşağı nahiyələr səpməyə başlayır. Qızılca zamanı temperatur qalxır. Yəni səpki ilə qızdırma eyni anda olur. Məxmərək zamanı boyundakı limfa düyünləri böyüyür, qızılcada isə böyüməyə bilər. Əsas fərq bundadır”.


 

G. Qasımova xəstəliyin qarşısını almağın mümkünsüz olduğunu, nisbətən yüngülləşdirilə biləcəyini vurğulayıb:


"Müalicəsi üçün ilkin olaraq qaşınma əleyhinə dərmanlardan istifadə edilməlidir. Bu dərmanlar qaşınmanı aradan götürərək uşaqlara rahatlıq verir. 


Əgər səpkilərdən infeksiya keçərsə o zaman antibakterial müalicə aparılır. Amma qızılcanın müalicəsində adətən antibiotiklərdən istifadə edilmir. Sadəcə laringit müşahidə edilərsə, məcbur qalınarsa antibiotik verilə bilər. Amma xüsusi müalicə üsulu yoxdur.


Qızdırma zamanı isə panadol deyil, ibuprofen tərkibli dərmanlar verilə bilər. Ən əsası isə pəhrizə diqqət edirik. Yəni uşaqda qaşınma olduğu üçün qıcıq verəcək heç bir meyvə, tərəvəz, qida məhsullarından istifadəyə sərhəd qoyuruq. 


Ağırlaşmaması üçün mütləq həkim nəzarəti altında olmalıdır. Çünki ağırlaşma başqa xəstəliklər yarada bilər”.


Həkim qeyd edib ki, qızılca öz-özünə keçib gedən infeksiyadır. İnsan ömründə bir dəfə tutur və ömürlük immunitet yaranır. 


"Bu xəstəlik üçün yaş həddi yoxdur. İstər bir yaş, istərsə də 100 yaşda bu xəstəliyə yoluxmaq mümkündür”, - deyə Gülnar həkim bildirib.

 

Şəhanə Quliyeva

 

10 uşaqdan birini öldürənAzərbaycana da keçsə… - İlk müdaxiləni necə etməli, xəstəliklərdən necə seçməli  QIZILCA
10 uşaqdan birini öldürənAzərbaycana da keçsə… - İlk müdaxiləni necə etməli, xəstəliklərdən necə seçməli  QIZILCA
10 uşaqdan birini öldürənAzərbaycana da keçsə… - İlk müdaxiləni necə etməli, xəstəliklərdən necə seçməli  QIZILCA