Tik-Tok, instagram impotensiyaya səbəb olur

  • 2025.10.13 22:58
  • 78 Baxış
Tik-Tok, instagram impotensiyaya səbəb olur


Alimlərin yeni araşdırmada erektil disfunksiya və orqazm əldə edə bilməmənin yaranmasında sosial media asılılığını günahlandırır.


“Medicina” xəbər verir ki, bəzi insanlar üçün sosial media əyləncə mənbəyi, bəziləri üçün isə məlumat əldə etmək vasitəsidir.

Tədqiqatlar sosial mediadan asılılığı stress riskinin artması, narahatlıq pozğunluğu, intellektual funksiyaların azalması və psixi sağlamlıq problemləri ilə əlaqələndirib. İndi Portuqaliyalı tədqiqatçılar tərəfindən aparılan yeni bir araşdırma sosial medianın cinsi həyata mənfi təsirlə əlaqə olduğunu göstərdi. Üstəlik, sosial media hər iki cinsi təsir edir. Kişilərdə erektil disfunksiya, qadınlarda isə libido azalır.


Hər iki cinsin nümayəndələri sosial mediadan daha tez-tez istifadə etdikcə orqazm əldə etməkdə çətinlik çəkirlər. Onların asılılığı başqalarından təcrid hisslərinə gətirib çıxarır ki, bu da onların partnyorundan emosional uzaqlaşmasına gətirib çıxarır və cinsi funksiyanı pisləşdirir.

Tədqiqatın müəllifləri 1166 nəfərin cinsi həyatları, o cümlədən smartfon və sosial mediadan nə qədər istifadə etdikləri ilə bağlı sorğu keçirib. İnsanlar sosial mediada nə qədər çox vaxt keçirirlərsə, yataq otağında bir o qədər çox çətinliklər yaşayırdılar.

Qadınlar cinsi həyatlarından daha az məmnun idilər və cinsi əlaqə zamanı daha çox ağrı yaşadılar, kişilər isə libidoda azalma yaşamasalar da, iktidarsızlığın artdığını və cinsi məmnuniyyətin azaldığını bildirdilər.


Aygün Musayeva