Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 24 611 nəfər və ya 0.24 faiz artıb.
Medicina.az xəbər verir ki, əhalinin sayı cari ilin sentyabr ayının 1-i vəziyyətinə 10 249 500 nəfərə çatıb.
Ölkə əhalisinin 54.4 faizini şəhər, 45.6 faizini kənd sakinləridir.
Əhalinin 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.