Tərtərdə məktəbdə valideyn tərəfindən döyülən uşağın vəziyyəti açıqlanıb.
Medicina.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB ) məlumat verilib.
"Oktyabrın 13-ü saat 10:30 radələrində Tərtər rayonu Seydimli kənd tam orta məktəbində döyülmə hadisəsi səbəbi ilə bir nəfər şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
2008-ci il təvəllüdlü şəxsə baş-beynin silkələnməsi diaqnozu təyin edilib. Pasiyentin Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə göndərilməsi təmin edilib".
Zərərçəkən məktəblinin yaxınlarının sözlərinə görə yeniyetməyə bir müddət əvvəl mübahisə etdiyi şagirdin atası xəsarət yetirib.
"Gəldi məktəbə, qardaşımın başına, hər tərəfinə zərbələr endirdi. Qardaşım yerdə qanın içində idi", - deyə döyülən şagirdin bacısı bildirib.