Qəhvəni çox içdikdə orqanizmdə nə baş verir?

  • 2025.10.14 07:57
  • 111 Baxış
Qəhvəni çox içdikdə orqanizmdə  nə baş verir?

Qəhvə zövq və istirahət kimi müxtəlif səbəblərə görə milyonlarla insanın sevimlisidir. Ancaq həddindən artıq istehlak bədənin tarazlığını poza bilər və ciddi fiziki, psixi sağlamlıq problemlərinə səbəb olur.

Medicina.az xəbər verir ki, səhər oyanmaq, gün ərzində enerjili qalmaq və ya ritual olaraq qəhvə içmək bir çox insan üçün vərdiş halına gəlir.

Ancaq həddindən artıq qəhvə içmək qısa müddətli enerji təmin edə bilsə də, uzun müddətdə bədənə mənfi təsir göstərir.



1. Artan narahatlıq və əsəb

Qəhvənin tərkibindəki kofein beyni stimullaşdırır, müvəqqəti enerji artırır.

Ancaq çox miqdarda içildikdə, xüsusilə kofeinə həssas olan insanlarda narahatlıq, əsəbilik, ürək döyüntüsü və əl titrəmələri meydana gələ bilər.

Kofein sinir sistemini həddən artıq stimullaşdırdığı üçün stres hormonlarını da artırır, gərginlik hissi yaradır.



2.Yuxusuzluq

Kofein yuxuya getməyi çətinləşdirir və yuxu dövrünü poza bilər.

Günün gec saatlarında bir neçə fincan qəhvə içmək yuxusuzluğa səbəb olar.

Mütəxəssislər yatmazdan ən azı altı saat əvvəl kofein qəbulunu dayandırmağı məsləhət görürlər.



3. Həzm sisteminə təsiri

Qəhvə reflü, mədə yanması və həzmsizlik kimi problemlərə səbəb ola bilər.

Bundan əlavə, bağırsaq hərəkətlərini sürətləndirdiyi üçün bəzi insanlar ishal və ya mədə narahatlığı ilə qarşılaşa bilər.

Südlü və ya şəkərsiz qəhvə seçmək mədəyə təsirini azalda bilər.

4. Qan təzyiqinin artması

Kofein qan damarlarını daraldır, qan təzyiqinin müvəqqəti artmasına səbəb olur.

Bu təsir xüsusilə yüksək qan təzyiqi olan insanlarda özünü göstərir.

Buna görə də yüksək təzyiqi olan insanlara gündəlik qəhvə qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.



5. Aslılıq

Kofein müntəzəm içildikdə asılılıq yarada bilər.

Qəflətən qəhvə içməyi dayandırmaq baş ağrısı, yorğunluq, konsentrasiyada çətinlik və əsəbilik kimi əlamətlərə gətirib çıxarar.

Bu təsirlər adətən bir neçə gün ərzində yox olur, lakin müntəzəm istehlakçılar üçün çətin ola bilər.



6. Sümük sağlamlığına təsiri

Həddindən artıq qəhvə istehlakı bədəndən kalsiumun atılmasını sürətləndirə bilər.

Xüsusilə yaşlı insanlar üçün gündə üç stəkandan çox qəhvə içməmək tövsiyə olunur.



7. Hormonlara təsiri

Kofein müəyyən hormonların ifrazına təsir göstərə bilər.

Stress hormonu səviyyələrini artıraraq yuxu rejimini pozar.



8. Diş sağlamlığına təsiri

Qəhvənin tərkibindəki turşular diş minasını zəiflədər.

Bundan əlavə, tez-tez istifadə dişlərin saralmasına və ləkələnməsinə səbəb ola bilər.

Aygün
Medicina.az