12 aydan bir vaksin vurdurmaqla, Covidi idarə etmək olar - Türk alim

  • 2021.10.01 14:58
  • 1458 Baxış
12 aydan bir vaksin vurdurmaqla, Covidi idarə etmək olar -  Türk alim
“Dünya koronavirusundan qorxaraq yaşamamalıdır. Covid-19 idarə oluna biləcək. Hazırda koronavirus daha idarə edilə bilən hala gəlib. Buna baxmayaraq, yeni normalara öyrəşməli olacağıq. Çünki bu virus illərlə bizimlə olacaq”.

Medicina.az.az xəbər verir ki, bu sözləri “BioNTech”-in tibb üzrə baş direktor müavini Özlem Türeci Amerikanın CNBC kanalında “Conversation” verilişində deyib. Ekspert bildirib ki, virusun yeni mutasiyaları ortaya çıxmağa davam edəcək:

“BioNTech olaraq yeni variantları daim qiymətləndiririk, hələ yeniləri də yaranacaq. Üçüncü doza vaksin hazırda aktiv olan variantlara qarşı immun reaksiyanı artırır və qoruma təmin edir. Biz nəzarət qurumları və təşkilatlarla işləyirik. Yeni variantlara qarşı hazır və sürətli olmalıyıq. Lakin epidemiyanın gedişi üçün daha çox məlumat lazımdır. Amma belə görünür ki, hər 12 və ya 18 aydan bir koronovirusa qarşı vaksinasiya təkrarlana bilər”.

Alim qeyd edib ki, “Oxford” və “AstraZeneca” peyvəndlərinin hazırlanmasında qadınlar yaxından iştirak edir: “Cins balansı elmdə çox vacibdir. “BioNTech”-in müvəffəqiyyətini şərtləndirən amillərdən biri də budur. İşçilərimizin demək olar ki, yarısı qadınlardır və rəhbər vəzifələrdə çalışırlar. Ancaq onu da qeyd edim ki, komandamıza xanımları yalnız cinsiyyət kvotasını doldurmaq üçün işə götürmürük. Tamamilə təbii seçirik və işçilərimizin yarısı qadınlardır”.

Aytən Məftun