Bu rayon xəstəxanasında ilk göz əməliyyatı keçirildi

  • 2026.09.16 14:52
  • 100 Baxış
Bu rayon xəstəxanasında ilk göz əməliyyatı   keçirildi



Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub.


Medicina.az xəbər verir ki, burda müasir tibbi avadanlıqlarla təchiz edilmiş yeni oftalmoloji kabinet fəaliyyətə başlayıb.

Kabinetdə ilk dəfə Biləsuvar və Lənkəran sakinləri olan iki pasiyent üzərində katarakta əməliyyatı uğurla icra edilib.

Yeni kabinetdə katarakta ilə yanaşı, qlaukoma, ptoz, göz qapaqları və göz yaşı kanalları üzrə əməliyyatlar, xalazionun müalicəsi, eləcə də digər oftalmoloji müayinə və müalicə xidmətlərinin göstərilməsi nəzərdə tutulur.